Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında, Xudu Məmmədov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan “Toyoto Lamd Cruiser” markalı nəqliyyat vasitəsi xəstəxananın qarşısında dayanan iki “Mercedes” və bir “Hyundai” markalı avtomobillərə çırpılıb. İdarəetmədən çıxan “Toyoto” sonda “QazEL” markalı yük avtomobilinə çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.