Bakının Yasamal rayonunun Zərgərpalan küçəsində “Mercedes ML” markalı minik avtomobilin qeyri-qanuni parklanması, təxminən, yarım saat müddətində yolda hərəkətin dayanmasına səbəb olub.

Bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bu müddətdə küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb və Agentliyin əməkdaşları avtomobili ərazidən təxliyyə ediblər.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.