Maraqlı

Polisə tabe olmayan sürücü qaçdı

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşları növbəti dəfə reyd keçiriblər.

AvtoReyd.Az, gecə saatlarında başlayan kütləvi reyd şəhərin Heydər Əliyev prospekti, Şah İsmayıl Xətai prospekti, Əziz Əliyev prospekti, Üzeyir Hacıbəyov prospekti, Yeni Gəncə yaşayış massivi, Poçt qəsəbəsi və avtomobillərin sıx olan yerlərində baş tutub.
Polisin apardığı yoxlamalar zamanı xeyli sayda yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb. Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən inzibati qaydada cərimələnib.

Dövlət Yol Polisi şöbəsinin baş inspektoru Hacı Həsənov bildirib ki, reydin keçirilməsində məqsəd qayda pozan sürücüləri aşkar etmək və baş verə biləcək qəzaların qarşısını almaqdan ibarətdir.

Reyd zamanı 160-dan artıq sürücü cərimələnib. Bunların arasında 4 nəfər sərxoş, 30-dan artıq digər qayda pozan sürücü olub.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again