Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşını ilə “Mercedes” avtomobili toqquşub.

Hadisə zamanı 1951-ci il təvəllüdlü Mehdiyeva Dilarə xəsarət alıb və Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.