Avtoreyd.Az Avtoxəbər Türkiyədə uçan avtomobil test edildi

Türkiyədə uçan avtomobil test edildi


Türkiyədə “Baykan Turkey” şirkəti tərəfindən istehsal edilmiş ilk uçan avtomobil “Cezeri”nin birinci uçuş sınağı uğurla yekunlaşıb.

Bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Bildirilib ki, uçan avtomobilin sınağı şirkətin texniki direktoru Selçuk Bayrakdarın rəhbərliyi ilə keçirilib. “Cezeri” tamamilə sərbəst uçur və uçuşun intellektual sisteminə malikdir. Yeni avtomobil bir gecə ərzində iki müxtəlif uçuşu müvəffəqiyyətlə yerinə yetirib.

Dünən “Baykar” Milli Tədqiqat və İstehsalat Mərkəzində həyata keçirilən ikinci sınaq uçuşunda “Cezeri” təhlükəsizlik zəncirləri olmadan 10 metrədək yuxarı qalxıb. Bu, avtomobiln hazırlanmağa başladığı il yarımlıq müddətdə ilk uçuşu olub.

Türkiyə mühəndisləri tərəfindən hazırlanan avtomobilin çəkisi 230 kiloqramdır.

AvtoReyd.Az

Related Post

Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı – “Çayka”nın qiyməti 85 min manatdır (Video)Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı – “Çayka”nın qiyməti 85 min manatdır (Video)

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər

Almaniyada dizel yanacağı ilə işləyən avtomobillər ucuzlaşdı – Bunun Azərbaycan bazarına təsiri olacaq?Almaniyada dizel yanacağı ilə işləyən avtomobillər ucuzlaşdı – Bunun Azərbaycan bazarına təsiri olacaq?

Cari ilin fevral ayından etibarən dizel mühərrikli avtomobilləri idarə etmək səlahiyyəti Almaniya vətəndaşlarının öz ixtiyarına verilib. Bundan sonra Almaniyada dizellə işləyən avtomobillərin qiyməti kəskin şəkildə enib. Buna vətəndaşların dizellə işləyən