Avtoreyd.Az Hadisə Salyanda BMW-nin vurduğu piyada dünyasını dəyişdi

Salyanda BMW-nin vurduğu piyada dünyasını dəyişdi


Ötən gün Salyan şəhərində minik maşnının vurduğu piyada bu gün səhərə yaxın dünyasını dəyişib.

AvtoReyd.Az Virtualaz.org-a istinadənxəbər verir ki, qapalı kəllə-beyin xəsarəti ilə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Bayram Əliyev əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatıeladaq ki, Salyan şəhər sakini, 28 yaşlı Ümid Mirzəyevin idarə etdiyi BMW markalı minik maşını piyada, 30 yaşlı şəhər sakini Bayram Əliyar oğlu Əliyevi vurduqdan sonra yolun kənarındakı beton dirəyə çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada və sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

AvtoReyd.Az

 

Related Post