Siyəzən rayonunda ölümlə nəticələnən yol qəzası olub.

AvtoReyd.Az xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Şıxməmmədov Əli Nurməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.