Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün növbə yoxdur. Lakin 2020-ci ildəki hərbi əməliyyatda əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaqlar.

AvtoReyd.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, indiyədək ölkədə müharibə səbəbindən əlilliyi olan 7200-dək şəxsə avtomobil verilib.

B.Hüseynov əlavə edib ki, 2020-ci ildə 400 şəxsə avtomobil verilib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.