Hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyəti haqqında məlumat verilib.
Oxu.Az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən əldə etdiyi məlumatda, 18 istiqamət üzrə yollardakı mövcud vəziyyət açıqlanıb.
Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi: Hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara qum-duz qarışımı səpilərək nəqliyyatın hərəkəti təmin olunur.
Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir.
Giləzi – Xızı yolu: Marşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılıb, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
Bakı – Qobustan istiqaməti: Yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir. Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlib, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Qobustan – Şamaxı – Muğanlı istiqaməti: Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu – Yevlax yolu: Yolun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı – Ələt – Hacıqabul istiqaməti: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Ucar – Yevlax istiqaməti: Yolun Hacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonundan keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi: Yolun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – İsmayıllı yolu: Qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 santimetr arasında dəyişir. Gün ərzində yol qardan təmizlənib, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı – Qəbələ – Oğuz – Şəki istiqaməti: Qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 santimetr arasında dəyişir. Gün ərzində yol qardan təmizlənib, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi: Zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax – Şəki (Göybulaq) istiqaməti: Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə – Daşkəsən – Xoşbulaq istiqaməti: Marşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Şəmkir – Gədəbəy yolu: Marşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi: Yolun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı istiqaməti: Qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran – Lerik yolu: Qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz istiqaməti: Yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.