Dörd çarx

Ölkənin əsas yollarında vəziyyət necədir?

Hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyəti haqqında məlumat verilib.

Oxu.Az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən əldə etdiyi məlumatda, 18 istiqamət üzrə yollardakı mövcud vəziyyət açıqlanıb.

Bakı — Quba — Rusiya Federasiyası ilə dövlət sərhədi: Hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara qum-duz qarışımı səpilərək nəqliyyatın hərəkəti təmin olunur.

Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir.

Giləzi — Xızı yolu: Marşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılıb, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Bakı — Qobustan istiqaməti: Yağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir. Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlib, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Qobustan — Şamaxı — Muğanlı istiqaməti: Şamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı — Ağsu — Yevlax yolu: Yolun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı — Ələt — Hacıqabul istiqaməti: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul — Ucar — Yevlax istiqaməti: Yolun Hacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonundan keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax — Gəncə — Qazax — Gürcüstan Respublikası ilə dövlət sərhədi: Yolun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı — İsmayıllı yolu: Qar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 santimetr arasında dəyişir. Gün ərzində yol qardan təmizlənib, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı — Qəbələ — Oğuz — Şəki istiqaməti: Qar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 santimetr arasında dəyişir. Gün ərzində yol qardan təmizlənib, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Şəki — Qax — Zaqatala — Gürcüstan Respublikası ilə dövlət sərhədi: Zəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax — Şəki (Göybulaq) istiqaməti: Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə — Daşkəsən — Xoşbulaq istiqaməti: Marşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir — Gədəbəy yolu: Marşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt — Astara — İran İslam Respublikası ilə dövlət sərhədi: Yolun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı — Yardımlı istiqaməti: Qar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Lənkəran — Lerik yolu: Qar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənib, qum-duz qarışımı səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Hacıqabul — Bəhramtəpə — Horadiz istiqaməti: Yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again