Bakıda yol qəzası baş verib.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, BMW markalı avtomobillə “Niva” markalı maşın toqquşub.
Nəticədə “Niva” markalı avtomobil aşıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb, hər iki avtomobilə ciddi ziyan dəyib.
