Bakının Yasamal rayonunda üç avtomobil toqquşub.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi və Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində baş verib.

“Volkswagen” markalı avtomobilin sürücüsü Məhəmməd Xiyabani küçəsi ilə dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini işıqforun yaşıl işığından keçən “Kia” markalı avtomaşına çırpıb.

Daha sonra “Volkswagen” yol kənarında dayanan “Lada Priora” markalı avtomobilə və işıqfora çırpılıb. İşıqfor sıradan çıxaraq aşıb.

Qəza nəticəsində “Kia”da olan bir nəfər xəsarət alıb.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.