Oğuz rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən “Ford” markalı mikroavtobusla Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan “Mercedes” markalı mikroavtobus toqquşub. Qəza zamanı iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.