Bakıda taksi sürücüsünə qarşı quldurluq hadisə baş verib. APA TV-nin məlumatına görə, paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturan 4 naməlum şəxs metronun “20 Yanvar” stansiyasına gedəcəklərini bildiriblər.
A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.

V.Mövlazadə avtomolbildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib.  Səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıb.

Görülmüş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Qardaşxan Abdullayev, Şirvan şəhər sakini Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini Rəfayel Əlizadə Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub, digər 1 nəfər isə müəyyən edilib.

http://www.youtube.com/watch?v=Wi9ARqI_H6M

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.