Avtoreyd.az bildirir ki, Florida çimərliyində, Atlantik okeanda iki oğlanın uzağa üzməsi bir ailənin məhvinə səbəb olacaqmış. Belə ki, həmin yeniyetmələri güclü axın aparıb.
Övladlarının axının apardığını görən ana və ailənin digər beş üzvü yardıma tələsərək suya atılıblar. Ancaq onları da güclü axın ağuşuna alaraq sahildən uzağa aparıb.
Bunu görən çimərlikdə dincələn 80 nəfər (hətta, üzməyi bacarmayanlar belə) əl-ələ tutaraq canlı zəncir yaradıb. Beləliklə də suda boğulan ailəni xilas ediblər.
Xilas edilən qadınlardan biri Robert Ursri etiraf edib ki, öz həyatı və ailəsinin həyatı üçün həmin şəxslərə borcludur.
Hadisə nəticəsində nəvələrini xilas etmək üçün suya atılan yeniyetmələrin nənəsi infarkt olub və xəstəxanaya yerləşdirilib. Ailənin digər bir gənc üzvünün isə əli sınıb. Başqa heç kəs zərər çəkməyib.