Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

“Report” xəbər verir ki, Sumqayıt vağzalında Bakıya gəlmək istəyən sərnişinlər yarım saatdan çoxdur qatar gözləyir. Belə ki, saat 08:50 qatarı gəlməyib, 09:17 qatarının isə yolda olduğu bildirilib.

Nəticədə stansiyada sıxlıq yaranıb.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “Report”a açıqlamasında bildirib ki, Sumqayıt-Bakı elektrik qatarının gecikməsinə Keşlə stansiyasında elektrik xəttində yaranan nasazlıq səbəb olub: “Bu səbəbdən qatar 40 dəqiqə gecikib. Hazırda problem aradan qaldırılıb”.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.