Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki,rayonun Xatınlı kəndində “Mitsubishi” ilə “Mercedes” markalı minik avtomobilləri toquşub.

Avtomobillərin birində olan Xatınlı kənd sakinləri – 1984-cü il təvəllüdlü Aslanov Asəf Ağarza oğlu və 1981-ci il təvəllüdlü Orucov Samir Qara oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.