Ötən gün Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, hadisə “Koroğlu” metrostansiyası yaxınlığında qeydə alınıb.

Yolu keçmək istəyən 27 yaşlı piyada Məmmədov Taleh Ağabəy oğlunu “Mercedes” markalı avtomobil vurub. Sürücü özü onu 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Sürücü saxlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.