Avtoreyd.Az Hadisə Xilasedicilər gələnə kimi kənd sakinləri üç saat ərzində fil balasını boğulmaqdan belə xilas edib (Video)

Xilasedicilər gələnə kimi kənd sakinləri üç saat ərzində fil balasını boğulmaqdan belə xilas edib (Video)

| | 0 Comments | 00:18

Avtoreyd.az bildirir ki, əsas versiyaya görə içmək üçün suya yaxınlaşan fil balası müvazinətini itirərək hovuza düşüb. Hadisə Hindistanın Qərbi Benqaliya ştatında baş verib. Qan donduran qışqırıqlar eşidən Aliperdyuar şəhərinin yaxınlığında yerləşən kəndin sakinləri qorxmuş heyvanı beton rezervuarda aşkar ediblər.

Kəndlilər həyəcan təbili çaldıqdan sonra  hadisə yerinə canlı təbiətin müdafiəçilər  və xilasedicilərdən ibarət briqadaları gəlib. Onlar qeyd edib ki, bu ilk belə hadisə deyil. Belə ki,  çox vaxt vəhşi heyvanlar suvarılma üçün nəzərdə tutulan rezervuarlardan su içmək üçün insanların yaşayış məskənlərinə yaxın yerlərə gəlirlər. Xoşbəxtlikdən zavallı fil balasının düşdüyü hovuz dayaz olub və heyvan boğulmayıb, sadəcə çıxmağa çalışarkən ümidsizcəsinə bulanıq suda çabalayıb.

Zavallı heyvanı düşdüyü quyudan çıxarmaq və təhlükəsiz yerə aparmaq üçün könüllülərə təxminən üç saat lazım olub. Fil balası xilas edildikdən dərhal sonra ayrı düşdüyü sürüylə yenidən birləşmək üçün yaxınlıqdakı meşəyə qaçıb.

http://www.youtube.com/watch?v=5ba7UpRPRx0

Related Post

İki maşın toqquşaraq Yasamal qəbiristanlığının hasarını uçurub – FOTO – VİDEOİki maşın toqquşaraq Yasamal qəbiristanlığının hasarını uçurub – FOTO – VİDEO

Bakının Yasamal rayonunda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Şərifzadə küçəsi-6 ünvanında “10-OT-201” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücücü yüksək sürətlə