Avtoreyd.Az Hadisə Təyyarədə çətin vəziyyətə düşən qadına bütün sərnişinlər belə dəstək oldu (Video)

Təyyarədə çətin vəziyyətə düşən qadına bütün sərnişinlər belə dəstək oldu (Video)

| | 0 Comments | 19:13

Avtoreyd.az bildirir ki, Kolumbiyada Medelyin-Boqota aviareysi üzrə uçuş öncəsi xoşagəlməz insident yaşanıb. Laura Mədinə adlı xanımı  minik başlanan vaxt iki uşağı ilə bərabər təyyarəyə buraxmayıblar. Çünki onun əl yükü müəyyən edilən çəkidən daha çox olub və qadın buna görə ödəniş etməyib. Uzun sürən razılaşmadan sonra məyus olan Laura Mədinəyə salona keçməyə icazə verilib, amma orada da məlum olub ki, yükə görə cəriməni ödəmək üçün qadının pula çatmır.

Bu zaman reys ləngidilib və bir müddət sonra ağlayan Lauranı təyyarədən çıxarmaq üçün nəqliyyat polisi gəlib. Ürəkparçalayan səhnədən həddən artıq təsirlənən digər sərnişinlər çətin vəziyyətə düşən qadına kömək etməyi qərara alıblar.

Cavan bir oğlan Lauraya kömək etmək və lazım olan məbləği toplamaq üçün əlinə kepka alaraq salonda gəzib. Artıq iki dəqiqə sonra lazım olan vəsait yəni təxminən 33 dollar toplanıb və ana uşaqları ilə birgə təyyarədə yoluna davam edib.

Related Post

Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var (Foto)Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var (Foto)

Bakının Abşeron rayonunda özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb. “Report”un xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib. Şirkətə məxsus 10-VJ-993 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin avtobusu hərəkət edən