Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 23-də saat 15 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov “VAZ-2107” markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.