Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.
“OKA” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri azyaşlı olduğuna görə Gəncədə yerləşən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, iki qadın isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Bunlar Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızı, Ağstafa rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayeva Təhminə Qəşəm qızı, onun övladları – 5 yaşlı Nəzrin, 7 yaşlı Nihaddır.
Hər iki qadının və 5 yaşlı Nəzrinin vəziyyəti orta-ağır, digər 2 uşağın vəziyyətinin isə normal olduğu bildirilir.