Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib.

Bu haqda Bakı sakinlərindən biri məlumat verib: “Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyunla daxil oldu. Yol boyu qoyun yeri batırdı və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildirdilər ki, a kişi, bu nədi? O da cavab verib ki, qoyundu da, burada nə var ki?!”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, heyvanla paytaxtın ictimai nəqliyyatına minmək olmaz: “Siz hansısa xarici ölkədə qoyunla avtobusa, metroya minən görmüsünüz? Bu, ola bilməz. Ümumiyyətlə, heyvanı daşımaq üçün xüsusi nəqliyyat vasitələri var. Bu, bir az mədəniyyət məsələsidir. İndi o adamı cəzalandırmaq da olmur. Gülməli bir haldır. Marşruta qoyun mindirmək biabırçılıqdır. Sürücü hara baxırmış? Sürücü buna niyə icazə verib, onu anlaya bilmədim”. (pressclub.az)

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.