İyunun 18-də Daşkəsəndə baş vermiş ağır yol qəzasında yaralanan vəzifəli şəxs vəfat edib.

AvtoReyd.Az Lent.az-a istinadən xəbər verir ki, həmin gün Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində “Hundai Sonata” ilə “Niva” markalı avtomobilin toqquşması nəticəsində ağır xəsarət alan Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğlu 2 aya yaxın davam edən müalicə prosesinə baxmayaraq vəfat edib.

Qeyd edək ki, F.Cəfərli hadisə vaxtı “Niva”nın sükanı arxasında olub. Hadisə vaxtı maşında onun yaxın dostu, YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğlu ilə onun həyat yoldaşı, gəlini və nəvələri də olub.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.