Avtoreyd.Az Hadisə Kanalda boğulan gəncin qohumları Bakı-Qazax yolunu bağladılar – FOTOLAR

Kanalda boğulan gəncin qohumları Bakı-Qazax yolunu bağladılar – FOTOLAR


Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb.
Musavat.com-un əməkdaşı xəbər verir ki, yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb.
Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib.
Mərhumun əmisi oğlu dedi ki, 200-ə yaxın adam axtarışa başlayıb: “Amma suyun qabağı kəsilməsə, tapa bilməyəcəyik. Yalvarıram, kömək edin!”
Hadisə yerinə çoxsaylı vətəndaşlar gəlib.

Related Post

Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb (Foto)Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb (Foto)

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “Ford” markalı sərnişin daşıyan mikroavtobusla “VAZ 2107” markalı