Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzindəki yanğın 200 kvadrat metr ərazidə baş verib.
Belə ki, bazarın ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Belə ki, mağazalardakı əşyalar yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəsmisinin “Report”a verdiyi məlumata görə, hazırda yanğının qarşısı alınıb.
İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilib.