aytaxtın Binəqədi rayonunda piyadanı avtomobil vurub.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki,  Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Novruzov Şükür Məhərrəm oğlunun idarə etdiyi “VAZ 2106” markalı, “90-OC-916” dövlət qeydiyyat nişanlı avtomobil 28-30 yaşlarında bir kişini vurub.

Sürücü xəsarətləri ağır olan piyadanı öz avtomobili ilə 1 saylı Xəstəxanaya çatdırıb. Yaralının vəziyyətinin hazırda ağır olduğu deyilir.

Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=1u695NVOKf0

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.