Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə yolun Göygöl rayonu Balçılı kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2106”-da olan Xaçmaz rayon sakini Hikmət Osmanov, Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Tarzan Abdullayev və 1994-cü il təvəllüdlü Kamil Musayev olduğu bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.