Avtoreyd.Az Maraqlı Azərbaycanlı müəllim velosipedlə İstanbula getdi – VİDEO

Azərbaycanlı müəllim velosipedlə İstanbula getdi – VİDEO


71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib.
Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir.
Abid İsmayılov (səyahətçi): “Şəkərin nə olduğunu bilmirəm. Bu etdiklərimə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm”.
İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirir.

Related Post