Avtoreyd.Az Hadisə Gəncə-Daşkəsən yolunda iki avtomobil toqquşub: xəsarət alanlar var

Gəncə-Daşkəsən yolunda iki avtomobil toqquşub: xəsarət alanlar var


Daşkəsəndə iki avtomobil toqquşub.

AvtoReyd.Az“Report”un məlumatına görə, bildirir ki,hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən “VAZ-2107” markalı avtomobil qarşısına çıxan “VAZ-21015” markalı avtomobilə çırpılıb. Nəticədə taksinin sürücüsü və bir sərnişini, həmçinin digər avtomobildəki sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post