Bakıda “London Taxi” markalı avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Pölis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.