Moskvada güclü yanğın hadisəsi baş verib.

AvtoReyd.Az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə Rusiya paytaxtının şimalında, lak və boya məmulatları anbarında baş verib.

Məlumata əsasən, alov 21 min kvadrat metr ərazini əhatə edib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Faktla bağlı Moskva şəhər prokurorluğu araşdırma aparır.

http://www.youtube.com/watch?v=nd72Mje37SM

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.