Çinin Quyçjou əyalətində ağır yol qəzası baş verib.

APA-nın “Sputnik”-ə istinadən verdiyi xəbərə görə, hadisə Pintzsyan şəhərində qeydə alınıb.

Naməlum səbəbdən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və  çaya düşüb. Nəticədə sürücü daxil olmaqla 8 nəfər ölüb.

Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.