Fransanın cənubunda yerləşən Marsel şəhərində sürücünün avtomobili dayancaqda gözləyən insanların üsütünə sürməsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
AvtoReyd.Az BBC-yə istinadən xəbər verir ki, hadisəni törədən sürücü tutulub.
Məlumata görə, o, əvvəlcə maşını bir dayanacaqda dayananların üsütünə sürərək, bir nəfəri öldürüb. Sonra oradan uzaqlaşaraq avtomobillə başqa bir dayancaqda gözləyən insanları vurub. İkinci hadisə nəticəsində bir nəfər yaralanıb.
Polis sakinləri hələlik həmin ərazidə gəzintiyə çıxmamağa çağırıb.