Bakıda Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılan avtomobillər qarət edilib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən 11 saylı cərimə meydançasında qeydə alınıb. Qaydaları pozduqları üçün oraya gətirilən 3 ədəd “VAZ-2107” və 1 ədəd VAZ-21011” markalı avtomobillərdən səsgücləndiricilər və magnitofonlar oğurlanıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.