Avtoreyd.Az Hadisə DİN vətəndaşlara müraciət edir: Bu meyiti tanıyan varsa…

DİN vətəndaşlara müraciət edir: Bu meyiti tanıyan varsa…


Meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır

Avqustun 8-də saat 15.00 radələrində Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda dənizdən, üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

AvtoReyd.Az

Related Post

Rumıniyada hərbi maşın dərəyə aşıb, ölən və yaralananlar var – VİDEORumıniyada hərbi maşın dərəyə aşıb, ölən və yaralananlar var – VİDEO

Rumıniyanın Argeş rayonunun Valea Urdei yaşayış məntəqəsi yaxınlığında hərbçiləri daşıyan maşın qəzaya uğrayıb. AvtoReyd.Az “Report”un məlumatına görə,xəbər verir ki, Cincu yaşayış məntəqəsi yaxınlığındakı poliqondan Campulung rayonuna kolonla gedən 4 maşından sonuncusu,