Avtoreyd.Az Hadisə Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, avqustun 23-də Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub.

AvtoReyd.Az

Related Post

Azərbaycanda ağır qəza: maşın dərəyə aşdı, ölən və yaralananlar var (VİDEO)Azərbaycanda ağır qəza: maşın dərəyə aşdı, ölən və yaralananlar var (VİDEO)

Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.  BAKU.WS-in əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında “90-LP-092” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil “99-XV-515” dövlət nömrə nişanlı “Kia” maşını ilə