Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb.

“Report”un Şimal bürosu xəbər verir ki, yolda yaranan avtomobil sıxlığı tədricən aradan qalxıb.

Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətində 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılmışdı. DİN BDYPİ qeyd olunanları nəzərə alaraq, sürücülərdən həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salmalarını xahiş etmişdi.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.