CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 70

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.Hadisə gecə saatlarında Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini,  1966-ci il təvəllüdlü Oruc Ələkbər oğlu Ələkbərov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə yolu keçən piyada Ucar rayonun Bərgüşad kənd sakini, 1990-cı il təvəllüdlü Ceyhun Hüseyn oğlu Mehbudovu vurub.

Piyada  aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır./APA

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.