Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az-ın xəbərinə görə, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Məlumata görə, avqustun 30-da, saat 01:00 radələrində Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində Bakı şəhər sakini Etibar İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Fariz Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.