Bərdə -Bakı yolunda polisin “saxla” əmrinə tabe olmayan sürücü onun yanından ötərək qaçmağa çalışıb. Daha sonra isə idarə etdiyi yük maşınını digər yol polisi əməkdaşının üzərinə sürüb. Sürücü onu təqib edən patrul avtomobilinə də qəza şəraiti yaradaraq, hətta polis maşınını sıxışdırmağa çalışıb.
Xezerxeber.az-ın məlumatına görə, yük avtomobilinin sürücüsü yol boyu qarşı zolağa çixmaqla digər hərəkət iştirakçılarını da təhlükəyə atıb.
Bir müddətdən sonra polis əməkdaşlarının səyi nəticəsində onun idarə etdiyi avtomobil saxlanılıb. Məlum olub ki, sürücü Əlisultan Novruzov maşındakı xeyli sayda mal qaranı Bakıya aparırmış.
Sürücünün Barəsində videogörüntülər və dəlillər toplandıqdan sonra məhkəmədə ona hökm oxunub.
Sürücü Əlisultan Novruzov Daxili İşlər Nazirliyinin inzibati həbs edilənlərin saxlanma məntəqəsinə aparılıb.