Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də saat 19:00 radələrində Xaçmaz rayonunun Yergüc kəndində rayon sakinləri Ənvər Abdullayevin idarə etdiyi “VAZ-2106” və Sahib Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ə. Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.