Hadisə

Bayram günü dəhşət – Aeroport yolunda ağır qəza – VİDEO

Səhər saatlarında aerport yolunda dəhşətli qəza baş verib. 

99-KB-810 dövlət nömrə seriyalı, qara rəngli “Mercedes Benz E-Class” markalı avtomobil idarəetməni itirərək yol kənarına və digər maşınlara çırpılıb. Hadisə nəticəsində 99-LM-518 dövlət nömrə seriyalı, ağ rəngli digər “Mercedes Benz S-Class” zədələnib. Xəsarət alanların olduğu və bir nəfərin səhhətinin ağır olduğu bildirilir.

Qəza yerinə dərhal Yol Patrul əməkdaşları və Təcili Tibbi Yardım maşınları cəlb edilib. Hərəkət sözügedən istiqamətdə qismən məhdudlaşıb.

Təfərrüatı barədə məlumat veriləcək. (BiG.AZ)

Video Oynadıcı

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.