Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.

Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Qalib Əlmusa oğlu Qasımov idarə etdiyi “Lifan” markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyada Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Fikrət Məhərrəm oğlu Əsgərovu vurub. Ağır xəsarət alan F. Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.