Sumqayıtdan Lənkərana gedən “QAZel” markalı mikroavtobus Masallı rayonu ərazisində beton maneəyə çırpılıb.
AvtoReyd.Az APA–ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 1972-ci il təvəllüdlü Xumar Məhərrəmova, 1963-cü il təvəllüdlü Nazilə Hüseynova və 1965-ci il təvəllüdlü Zərifə Dövlətova xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, “QAZel” markalı mikroavtobus yeni tikilən yolda maneəyə çırpılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.