Bakıda marşrut avtobusu yol-nəqliyyat hadisəsi törədib.
AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda Valeh Muradov idarə etdiyi 35 saylı marşrut avtobusu ilə yolu keçən piyada, 1950-ci il təvəllüdlü Şahmar Mehrəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ötən gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.