Ötən il Bakıda skuter oğurlayan iki yeniyetmə tutulub.

Avtoreyd.az xəbər verir ki, məlumatı DİN-nin rəsmi saytına istinadən “Report” yayıb.

Nazirlikdən bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən il dekabrın 12-də Bakı şəhər sakini Kərim Kərimovun “Hyundai” markalı skuterini və cari il martın 4-də R.Musayevaya məxsus eyni markalı avtomobildən 20 manat, 100 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Şərur və Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.