Sabirabadda avtomobil aşıb.

AvtoReyd.Az APA-nın məlumatına əsasən xəbər verir ki, hadisə Qaragüney kəndi ərazisində qeydə alınıb. “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində Şirvan şəhər sakini, 1986-cı il təvəllüdlü İlyasov Elməddin Cəbrayıl oğlu və Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Anar Lələkişi oğlu xəsarət alıb. Onlar  Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.