Lənkəranda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb.

Sürücüsü məlum olmayan avtomobil adıçəkilən küçədə yaşayan, 1962-ci il təvəllüdlü Sevil Balakişi qızı Qasımovanı vuraraq hadisə yerindən qaçıb.  Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.