Bakıda yerüstü piyada keçidindən istifadə etməyən şəxsi avtomobil vuraraq öldürüb.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində baş verib.

Təxminən 40-45 yaşlı kişi magistral yolu yerüstü piyada keçidinin altından keçərkən onu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sürücü polis tərəfindən saxlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.